Ağ Ev 2025-ci il Nobel Sülh mükafatının ABŞ Prezidenti Donald Trampa verilməməsinə etiraz edib.
“Ölkə.az” xəbər verir ki, bu barədə Ağ Evin Kommunikasiya direktoru Stiven Çunq “X” platformasında paylaşım edib.
O, Venesuela siyasətçisi Mariya Korina Maçadonun Nobel Sülh mükafatına layiq görülməsinə münasibət bildirib.
Ağ Ev nümayəndəsi Nobel Komitəsini “sülhdən çox siyasəti ön planda tutmaqda” ittiham edib.
S. Çunq Trampın dünya barışı üçün səylərini davam etdirəcəyini vurğulayıb:
“O, insani dəyərlərə sahib bir liderdir və bir daha onun kimi iradəsi ilə dağları yerindən oynada biləcək biri gəlməyəcək. Komitə bir daha sübut etdi ki, onların prioriteti sülh deyil, siyasətdir”.
Xatırladaq ki, Tramp daha əvvəl Pakistan, İsrail və bir sıra Afrika ölkələri tərəfindən Nobel Sülh mükafatına namizəd göstərilmişdi. Bundan əvvəl, Azərbaycan Prezidenti İlham Əliyev də bu il avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı Azərbaycan və Ermənistanın D.Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcəyini bildirmişdi.(qafqazinfo)