AZ

Bu gün saat 12-də Nobel Sülh Mükafatı laureatı açıqlanacaq, ancaq...-"Bu, 100 faiz Tramp deyil..." -"Times of Israel"

Oktyabrın 9-da İsrail və "HƏMAS" arasında müharibənin bitməsini qeyd edən Donald Tramp çox arzuladığı Nobel Sülh Mükafatını əldən verə bilər. Çünki, nüfuzlu sülh mükafatını verən Norveç Nobel Komitəsi artıq bazar ertəsi, oktyabrın 6-da yekun iclasını keçirərək, qalibi seçib və onun adı oktyabrın 10-da Bakı vaxtı ilə saat 12:00-da adı açıqlanacaq. 
 
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu haqda "Times of Israel" qəzeti məlumat yayıb.
 
Bu o deməkdir ki, builki laureat ABŞ prezidenti Donald Tramp Qəzzada müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməmişdən əvvəl seçilib. Qalib elan olunmayıb, lakin ekspertlərdən biri nəşrə bildirib ki, o, “100 faiz Tramp olmayacaq”.
 
Beş nəfərdən ibarət Nobel Komitəsi adətən mükafatın verilməsinə bir neçə gün, hətta həftələr qalmış qərarını verir və rəsmi elandan bir az əvvəl yekun iclasını keçirir.
 
Norveç Nobel İnstitutunun nümayəndəsi Erik Oshaym "Bazar ertəsi son ştrixlər edildi, lakin biz Nobel Komitəsinin qərarını nə vaxt verəcəyini heç vaxt açıqlamırıq", - deyə bildirib.
 
Sülh mükafatının təqdimetmə mərasimi oktyabrın 10-da Bakı vaxtı ilə saat 12:00-da baş tutacaq.
 
Əvvəllər güman edilirdi ki, komitə 2025-ci ildə qlobal geo-siyasi vəziyyətin pisləşməsi səbəbindən bu kateqoriya üzrə mükafatı verməkdən çəkinəcək, lakin Oshaym bunun belə olmadığına əmin edib.
 
“Bu il Sülh Mükafatı laureatı olacaq”, - deyə o, əmin etdi.
 
İsrail və "HƏMAS" arasında dünən oktyabrın 9-da imzalanan razılaşma atəşkəs və "HƏMAS" silahlılarının 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə başlayan müharibə zamanı götürülmüş girovların azad edilməsini ehtiva edir. Qəzzada iki ildir davam edən müharibəyə son qoyulması istiqamətində böyük addım kimi qiymətləndirilən sənəd Nobel Sülh Mükafatına layiqli iddiasını gizlətməyən ABŞ prezidenti Donald Trampın təzyiqi ilə imzalanıb.
 
Ağ Ev rəhbəri daim hər kəsə yeddi müharibəni bitirdiyini xatırladır və daha bir - Rusiya ilə Ukrayna arasında olan müharibəni bitirməyə ümid edir. Tramp Hindistanın baş naziri Narendra Modi ilə söhbətində Hindistan və Pakistan arasındakı “münaqişənin həllinə” görə Nobel Sülh Mükafatını almaq istədiyini bildirib.
 
2024-cü ilin noyabrında Belarus lideri Aleksandr Lukaşenko Donald Trampa Nobel Sülh Mükafatının verilməsini təklif edib.
 
Həmçinin bildirilib ki, prezident Zelenski də Ukraynanın Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyi şərti açıqlayıb.
Xatırladaq ki, 8 avqust Vaşinqtonda Sülh Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan da Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər.  
 
Seçilən
19
12
moderator.az

10Mənbələr