AZ

Süni intellekt videoları üçün yeni sosial şəbəkə istifadəyə verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Media maqnatı, "Facebook"un təsisçisi Mark Zukerberq özünün ağıllı tətbiqi "Meta AI"ni təkmilləşdirib və ona yeni sosial şəbəkənin ilkin versiyasını - "Vibes"ı əlavə edib.
Oxu.Az xəbər verir ki, bu barədə hi-tech.mail.ru yazıb.
Əslində, bu şəbəkə "TikTok" və ya "YouTube Shorts"a bənzər qısa videoların lentidir, lakin bir əsas fərqlə: Bütün məzmun süni intellektdən istifadə etməklə yaradılıb.
Əlavə rahatlıq üçün hər bir "Vibes" videosu "Facebook" və "Instagram" vasitəsilə dostlarla paylaşıla bilər.
Hələlik "Vibes" lenti özünün ilkin mərhələsindədir. Sosial şəbəkə daha güclü alətlər və generativ modellər təqdim edəcək.
"Vibes"ı sınaqdan keçirmək üçün rəsmi "Meta AI" proqramını quraşdırmalı və ya eyni adlı vebsayta daxil olmaq lazımdır.
Seçilən
6
1
oxu.az

10Mənbələr