AZ

Qadınlar üçün kibertəhlükəsizlik sahəsi üzrə tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 20-də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, "Women in Cybersecurity Azerbaijan" və "TEXIO Academy Azerbaijan"ın birgə təşkilatçılığı ilə "Kibertəhlükəsizlikdə Qadınlar: Karyera və Təhsil" adlı tədbir keçirilib. Tədbirdə kibertəhlükəsizlik sahəsinə maraq göstərən tələbələr, gənc mütəxəssislər, eləcə də karyerasını bu istiqamətdə qurmaq istəyən qadınlar iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılara kibertəhlükəsizlik sahəsi üzrə təhsil imkanları, təqaüd və könüllülük proqramları təqdim olunub. Eyni zamanda, bu sahədə uğur qazanmış mütəxəssislərin karyera yolları və uğur hekayələri müzakirə edilib. Tədbirin davamında spiker və mütəxəssislərlə interaktiv panel sessiyaları keçirilib. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı tanışlıq və təcrübə mübadiləsi üçün şəbəkə imkanı yaradılıb.
Qeyd edək ki, sözügedən tədbirin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik sahəsində qadınların fəallığını artırmaq, onların peşəkar inkişafına dəstək olmaq, eyni zamanda, gənc nəslin bu istiqamətə marağını gücləndirməkdir.
Seçilən
47
50
oxu.az

10Mənbələr