AZ

Varqa-Bajusz: "Tələbələr üçün onlayn platformalardan necə istifadə etməyi öyrənməliyik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Tələbələr üçün onlayn platformalardan necə istifadə etməyi öyrənməliyik. Həmçinin alətləri necə istifadə edəcəyimizi və tələbələrin onları indiki dövrdə necə tətbiq edə biləcəyini də bilməliyik".
Oxu.Az xəbər verir ki, bunu macar hüquq eksperti və dövlət idarəçisi Veronika Varqa-Bajusz Bakıda keçirilən Avrasiya Universitetləri Sammitində "Avrasiya boyu ali təhsildə rəqəmsal keçidin naviqasiyası" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.
O bildirib ki, süni intellektin onlayn platformanın bir hissəsinə çevrilməsini tənzimləmək lazımdır:
"Təxminən beş-altı il əvvəl, COVID-19 dövründə, universitetlərin onlayn platformaları təcrübələrin artması ilə daha da genişlənib. Biz indi süni intellektin həmin platformanın bir hissəsinə çevrilməsini tənzimləməliyik. Bunun üçün biz alətlərdən necə istifadə etməyi və süni intellektdən necə faydalanmağı öyrənməliyik".
Prorektorun sözlərinə görə, universitet üçün rəqəmsallaşma ilə bağlı ən böyük çətinliklərdən biri həyat tərzinin dəyişməsidir:
"Çünki fakültənin böyük auditoriyaları boş qalacaq, çox sayda dərs həmin vaxt onlayn keçiriləcək.
Ən önəmlisi isə fakültənin, layihə komandasının, universitetin və kitabxananın birgə icmasıdır. Universitet qarşıdakı 5-10 il ərzində bunu həll etməlidir. Bu müddətdən sonra biz artıq yalnız öz məkanımızda yox, tələbələr üçün icma məkanlarında olacağıq. Məqsəd tələbələrin bir-biri ilə ünsiyyət qura biləcəyi icma yaratmaqdır.
Digər mühüm tərəf isə mövcud qaydalarla bağlıdır. Gələcəkdə ixtisas öyrənmə prosesində daha ağıllı şəkildə onlayn və ənənəvi təhsili bölüşdürməyi bacarmalıdır. Bu dəyişiklik universitet həyatını köklü şəkildə yenidən formalaşdıracaq.
Biz bütün proqramlara internet çıxışı istəyirik, mənim fikrimcə, biz buna layiqik. Onların infrastrukturu var, tələbələr üçün alətləri var və əlbəttə, dövlət də bu yolda onları dəstəkləməlidir".
O qeyd edib ki, yeni dünyanın ən önəmli tərəfi münasibətlərin formalaşdırılmasıdır:
"Buna görə də universitetlərlə, həmçinin özəl sektorla əməkdaşlıq etmək daha vacibdir. Çünki tələbələr diplomdan sonra, məsələn, üçüncü ildən sonra birbaşa işləməyə gedirlər. Dual təhsil və ya superdual təhsil modeli sayəsində onlar həm oxuya, həm də peşələrinin bütün bacarıqlarını öyrənə bilirlər.
Ən birinci və ən önəmli tərəf isə universitetdə tələbələrin peşəkar inkişafıdır. Ola bilsin ki, dövlət tərəfdən də onlar üçün təhsil standartları müəyyənləşdirilməli, infrastruktur qurulmalı və dərslərdə iştirak edə bilmələri üçün dəstək göstərilməlidir. Bu, həqiqətən çox vacib məsələdir".
Aygün Mirakif
Seçilən
15
50
oxu.az

10Mənbələr