
Rusiya və Belarusun birgə keçirəcəyi "Qərb-2025" təlimləri NATO ölkələrinin sərt reaksiyasına səbəb olub.
Olaylar.az xəbər verir ki, 12-16 sentyabr tarixlərində Polşa və Litva sərhədlərinə yaxın ərazilərdə baş tutacaq təlimlərdə Moskvanın guya Şimal Atlantika Alyansının qüvvələri ilə toqquşma ssenarilərini sınaqdan keçirəcəyi bildirilir.
Litvanın müdafiə nazirinin müavini Tomas Qodlyaustas qeyd edib:
"Biz NATO və Avropa İttifaqı sərhədləri yaxınlığında keçirilən təlimlərə ciddi yanaşmalıyıq. Həm qonşu ölkələr, həm də NATO bu məsələyə maksimal dərəcədə diqqətlə yanaşır".
Polşanın baş naziri Donald Tusk isə Rusiyanın manevrlərini ölkəsinə qarşı hücum ssenarisinin məşqi kimi qiymətləndirib.
Qeyd edək ki, "Qərb" təlimləri hər dörd ildən bir keçirilir və son illərdə həm NATO, həm də Avropa İttifaqında ciddi narahatlıq doğurur.