AZ

NATO dan Rusiyaya xəbərdarlıq: Cavab verəcəyik

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şimali Atlantika Alyansı ölkələri Rusiyanın NATO ölkələri - Polşa və Litva ilə sərhəddə Belarusla birgə keçirdiyi hərbi təlimlərinə cavab verəcəklərini vəd ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr bildirib ki, Rusiya qonşuları sentyabrın 12-dən 16-na kimi gərgin məşqlərə hazırlaşır. Moskvanın NATO qüvvələri ilə ehtimal olunan toqquşmaları məşq edəcəyi iddia edilir.

“NATO və Avropa İttifaqı sərhədlərinə yaxın təlimlərə ciddi yanaşmalıyıq - həm qonşu ölkələr, həm də NATO-nun özü. Litva və müttəfiqlərimiz hazırdır, hadisələri diqqətlə izləyəcək, lazım gələrsə, reaksiya verməyə də hazırdır”, - Litva müdafiə nazirinin müavini Tomas Qodliauskas bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
9
sherg.az

10Mənbələr