AZ

NATO Rusiyanın hərbi təlimlərinə cavab verəcək

Şimali Atlantika Alyansı (NATO) ölkələri Rusiyanın Polşa və Litva sərhədləri yaxınlığında keçirdiyi "Zapad-2025" təlimlərinə cavab verəcəklərini vəd ediblər.

​​​​​​"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Sentyabrın 12-dən 16-dək Rusiya-Belarus birgə "Zapad-2025" təlimləri keçiriləcək. Məlumata görə, Moskva NATO-nun qüvvələri ilə mümkün toqquşmalara hazırlıq üzərində işləyəcək.

"Biz NATO və Avropa İttifaqı (Aİ) sərhədləri yaxınlığında təlimlərə ciddi yanaşmalıyıq; həm qonşu ölkələr, həm də NATO-nun özü onları çox ciddi qəbul edir. Litva və müttəfiqlərimiz hazırdır, birləşib hadisələrin gedişatını diqqətlə izləyəcəklər", - deyə Litvanın müdafiə nazirinin müavini Tomas Qodlyauskas bildirib.

Xatırladaq ki, sentyabrın 5-də Polşanın Baş naziri Donald Tusk bildirib ki, respublika Rusiya-Belarus hərbi təlimləri "Zapad-2025"ə görə Belarusa qarşı xüsusi tədbirlər görəcək.

Tusk "Zapad-2025" təlimlərini Polşaya hücum üçün təlim hesab edir.

​​​​​​"Cebheinfo.az" 

Seçilən
30
9
cebheinfo.az

10Mənbələr