AZ

Rusiya ordusu NATO sərhədlərində

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Biz NATO və Avropa İttifaqı sərhədləri yaxınlığında təlimlərə ciddi yanaşmalıyıq”

NATO ölkələri Polşa və Litva ilə sərhəddə Rusiyanın Belarusla birgə keçirdiyi "Qərb -2025" hərbi təlimləri diqqətlə izləyir. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr qeyd edib ki, Rusiyanın qonşuları sentyabrın 12-dən 16-na kimi gərgin günlərə hazırlaşır, çünki Moskvanın NATO qüvvələri ilə toqquşma riski var.

"Biz NATO və Avropa İttifaqı sərhədləri yaxınlığında təlimlərə ciddi yanaşmalıyıq. Həm qonşu ölkələr, həm də NATO-nun özü onlara son dərəcə ciddi yanaşır. Litva və müttəfiqlərimiz hazırdır, birləşir və hadisələrin gedişatını diqqətlə izləyəcək. Lazım gələrsə, cavab verməyə hazır olacağıq", - Litvanın müdafiə nazirinin müavini Tomas Qodliauskas bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
9
ayna.az

10Mənbələr