AZ

Zaxarova Kallası hədəfə aldı: “Kritik dərəcədə savadsızdır”

Rusiya ilə Avropa İttifaqı arasında diplomatik gərginlik daha da kəskinləşib.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın açıqlamasını sərt tənqid edib.

Kallas bəyan etmişdi ki, çinlilər texnologiyalar sahəsində üstün bacarıqlara malikdirlər, lakin sosial elmlərdə ruslardan geri qalırlar. Bu sözlər Moskvada qıcıq yaradıb.

Zaxarova isə buna cavab olaraq sosial şəbəkədə yazıb:
“Əgər Rusiya texnologiyada o qədər də güclü deyilsə bəs Krım körpüsünü kim inşa etdi? ‘Vostoçnıy’ kosmodromundan raketləri kim buraxır? ‘Oreşnik’i kim yaratdı? Kallas isə bu sahədə kritik dərəcədə savadsızdır”.

Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr