AZ

Zaxarova: Azərbaycanda saxlanılan rusların azad edilməsi Moskva-Bakı münasibətlərində müsbət addım ola bilər...

Rusiya Xarici İşlər Nazirliyi 13 RF  vətəndaşının vəziyyətinə dair danışıqları davam etdirir...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda saxlanılan 13 rus vətəndaşının azad edilməsinin MoskvaBakı arasında münasibətlərin normallaşması üçün mühüm addım ola biləcəyini bildirib. XİN rəsmisi qeyd edib ki, bu məsələ avqustun 22-də Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasında müzakirə olunub.

Zaxarova xatırladıb ki, rusiyalı vətəndaşlar həbsxanada üç dəfə konsulluq əməkdaşları tərəfindən ziyarət olunub. Həmçinin, iyunun 2-də Rusiya tərəfi saxlanılanların sağlamlıq vəziyyəti ilə bağlı məlumat tələb edib, lakin cavab hələ alınmayıb. Zaxarova bildirib ki, dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələ razılıq verməyib. O əlavə edib ki, razılığın əldə olunacağı gözlənilir.

Qeyd edək ki, RusiyaAzərbaycan münasibətləri iyun ayında Yekaterinburqda keçirilən reyddən sonra gərginləşib. Həmin əməliyyat zamanı təxminən 50 nəfər saxlanılıb, iki Azərbaycan vətəndaşı həlak olub. Daha sonra Bakıdakı “Sputnik Azərbaycan” ofisində axtarışlar aparılıb və 13 rusiyalı, o cümlədən redaksiya rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Beloусов saxlanılıb. Jurnalistlər sonradan azad ediliblər.

Poliqon.info

Seçilən
51
50
poliqon.info

10Mənbələr