BAKI, 7 sentyabr. TELEQRAF
"Pilotsuz uçuş aparatları artıq beynəlxalq əməkdaşlığın elementidir və mülki sahədə fəal şəkildə istifadə olunur. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun Şimali Koreyaya səfəri zamanı PUA-lar çimərlikdə müşahidə aparırdılar".
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Saxalin qanadları” beynəlxalq forumunun kuluarlarında deyib.
Dronların beynəlxalq əməkdaşlığın əsasına çevrilə biləcəyi sualına cavab verən diplomat qeyd edib ki, bu, “artıqdır”.
Zaxarova qeyd edib ki, PUA-lar dünyada təkcə hərbi sahədə deyil, mülki sahədə də fəal şəkildə tətbiq olunur.