“Bir anda insan haqları mövzusu bağlandı və indi ona qayıtmırlar. Avropanı qoruyub saxlaya bilmədilər, demokratiya barədə isə faktiki olaraq boşuna danışdılar. Hazırda Asiya, Afrika və Latın Amerikası xalqları Qərbi avropalılara Avropada vəziyyətin necə həll olunmalı olduğunu izah edirlər:
Avropa İttifaqı yalnız sənaye və elm sahəsində deyil, həm də daxili təhlükəsizlik məsələlərində uğursuzluqla üzləşib”
Zaxarova qeyd edib ki, Avropa Asiyaya insan haqları gündəmi ilə gəlib, Afrikada demokratiya prinsiplərini öyrətsə də, burnunun dibindəki böhrandan necə çıxacaqlarını bilmir.