Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə atışma olub, iki nəfər xəsarət alıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Məlumata görə, odlu silahdan istifadə olunan insidentdə iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün tədbirlər görülür.