Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan “İki sahil”ə bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb.
Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Trend-in Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, rayonun Şahsevən qəsəbəsi ərazisində yerləşən kafedə baş verən silahlı insident zamanı 2 nəfər qəsəbə sakini - 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu və 1983-cü il təvəllüdlü Fırzəliyev Zamiq Nürəli oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən qəsəbə sakini - 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun isə hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.