Bu gün saat 13 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbi ilə 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə News24.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Natiq Arif oğlu Məmmədov hazırda əməliyyata alınıb, 1983-cü il təvəllüdlü Zamiq Nurəli oğlu Fərzəliyevə isə sol baldırın çox qəlpəli açıq yerdəyişən sınığı diaqnozu təyin edilib.
Hazırda xəstələrin vəziyyəti stabil qiymətləndirilir.
***
Beyləqan rayonunda kafedə güllələnən şəxslərin şəxsiyyəti müəyyənləşib.
News24.az xəbər verir ki, silahlı insident zamanı 1983-cü il təvəllüdlü Zamiq Fərzəliyev və 1988-ci il təvəllüdlü Natiq Məmmədov xəsarət alıblar.
Hər iki şəxs Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
***
Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.