AZ

Beyləqanda kafedə 2 nəfər güllələndi...


Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb.

Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Bu arada, silahlı insident zamanı xəsarət alanların kimliyi də məlum olub. KİV-in yazdığına görə, insident zamanı 2 nəfər qəsəbə sakini - 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu və 1983-cü il təvəllüdlü Fırzəliyev Zamiq Nürəli oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən qəsəbə sakini - 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun isə hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

ZÜMRÜD

Seçilən
1
40
baki-xeber.com

10Mənbələr