GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Futbol üzrə Portuqaliya millisi Ermənistan millisi ilə qarşılaşma üçün İrəvana səfər edib.
Globalinfo.az xəbər verir ki, xüsusilə millinin üzvü olan məşhur futbolçu Kriştiano Ronaldo “Zvartnots” hava limanında böyük coşğu ilə qarşılanıb.
Erməni azarkeşlər Ronaldonu müxtəlif şüarlarla qarşılayıblar.
Məlumata görə, sonuncu dəfə 2015-ci ildə Avropa çempionatının seçmə mərhələsində Portuqaliya millisi İrəvana səfər edib. O zaman baş tutan qarşılaşma ev sahibinin 3:2 məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı üzrə seçmə mərhələsi çərçivəsində Portuqaliya-Ermənistan qarşılaşması sentyabrın 6-da olacaq.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.