Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində keçirəcək ilk oyun üçün İslandiyaya yollanıb.
Offsideplus.az xəbər verir ki, yığmamız yerli vaxtla saat 15:30, Bakı vaxtı ilə 18:30 radələrində Reykyavikə qoşulub. Mahir Emrelinin də sonradan milli komandaya qoşulması ilə Fernandu Santuşun baş məşqçilik etdiyi kollektiv İslandiyanın paytaxtında bir araya gəlib.
Qeyd edək ki, Azərbaycan seçməsi sentyabrın 5-i Bakı vaxtı ilə saat 22:45-də İslandiya milli komandası ilə üz-üzə gələcək, sentyabrın 9-da Bakıda Ukrayna yığmasını sınağa çəkəcək.
Jurnalistlərin İslandiya səfəri Misli və AFFA-nın dəstəyi ilə həyata keçirilir.