AZ

Ronaldo erməni azarkeşləri salamlamadı, tənqid olundu Video

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Portuqaliya millisi ötən gecə İrəvana gəlib.

Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, Zvartnots hava limanına toplaşan yüzlərlə erməni azarkeş portuqaliyalıların kapitanı və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun hücumçusu Ronaldo ilə selfi çəkdirmək və ya ondan avtoqraf almaq ümidi ilə toplaşıb.

“Lakin 40 yaşlı ulduz azarkeşləri salamlamayıb və polis tərəfindən əhatələnərək sürətlə avtobusa minib”, - nəşr yazır.

Sosial şəbəkələrin erməni seqmentində Ronaldonun bu addımı müzakirələrə və tənqidlərə səbəb olub.

Qeyd edək ki, Portuqaliya millisi sentyabrın 5-də Avan Futbol Akademiyasının stadionunda oyunöncəsi məşq keçirəcək.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Ermənistan-Portuqaliya oyunu sentyabrın 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
9
yeniavaz.com

10Mənbələr