AZ

Ukrayna Rusiyanın enerji obyektlərini vurdu

Ukrayna pilotsuz təyyarələrinin gecə hücumu Rusiyanın qərbindəki Kursk AES-də yanğına və gücün azalmasına səbəb olub. SİA xəbər verir ki, bu barədə “Rosenerqoatom” konserninin teleqram kanalında məlumat yayılıb. Məlumata görə, Kursk AES-ə hücum edən pilotsuz təyyarənin partlaması nəticəsində lokal yanğın baş verib. "Aparat düşən zaman qurğu partlayıb, nəticədə transformator sıradan çıxıb. Lokal yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Nəticədə 3 saylı blok 50 % boşaldılıb. Zərərçəkən yoxdur", - paylaşımda bildirilir.

Seçilən
7
6
sia.az

10Mənbələr