Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna pilotsuz təyyarələrinin gecə hücumu Rusiyanın qərbindəki Kursk AES-də yanğına və gücün azalmasına səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “Rosenerqoatom” konserninin teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, Kursk AES-ə hücum edən pilotsuz təyyarənin partlaması nəticəsində lokal yanğın baş verib.
"Aparat düşən zaman qurğu partlayıb, nəticədə transformator sıradan çıxıb. Lokal yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Nəticədə 3 saylı blok 50 % boşaldılıb. Zərərçəkən yoxdur", - paylaşımda bildirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.