AZ

Ukrayna Kursk AES-i vurdu

Gecə saatlarında Ukrayna ordusu Kursk AES-ə PUA-larla hücum edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Reuters” rusiyalı rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, Kursk AES-ə hücumdan sonra stansiyanın transformatoru zədələnib və üçüncü enerji blokunun gücü 50% azalıb.

Stansiyanın mətbuat xidmətindən verilən məlumata görə, hücum nəticəsində baş verən yanğın söndürülüb, xəsarət alan yoxdur.

Stansiya və ətraf ərazilərdə radiasiyanın səviyyəsi normanı keçməyib.

Seçilən
4
2
olke.az

10Mənbələr