AZ

Ukrayna Rusiyanın enerji obyektlərini VURDU

Ukrayna pilotsuz təyyarələrinin gecə hücumu Rusiyanın qərbindəki Kursk AES-də yanğına və gücün azalmasına səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Rosenerqoatom” konserninin teleqram kanalında məlumat yayılıb.

 

Məlumata görə, Kursk AES-ə hücum edən pilotsuz təyyarənin partlaması nəticəsində lokal yanğın baş verib.

 

"Aparat düşən zaman qurğu partlayıb, nəticədə transformator sıradan çıxıb. Lokal yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Nəticədə 3 saylı blok 50 % boşaldılıb. Zərərçəkən yoxdur", - paylaşımda bildirilir.

Seçilən
13
6
modern.az

10Mənbələr