AZ

Sentyabrda 66 maşın hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 2-si, 4-ü və 9-da hərraclar keçiriləcək.

Publika.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraclara 66 nəqliyyat vasitəsi çıxarılacaq.

Məlumata əsasən, sentyabrın 2-də keçiriləcək hərraca 24 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir. Sentyabrın 4-də keçiriləcək hərraca 29 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2013-2020-ci illəri əhatə edir. Sentyabrın 9-da keçiriləcək hərraca isə 13 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1999-2007-ci illəri əhatə edir.

Hərraca çıxarılacaq dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Seçilən
12
14
publika.az

10Mənbələr