AZ

Azərbaycanda daha 73 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Oktyabrın 21-də və 28-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, hərraclar Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.

1-ci hərraca ümumi dəyəri 32 min 750 manat olan 5 nəqliyyat vasitəsi, 2-ci hərraca isə ümumi dəyəri 174 min 050 manat olan 68 nəqliyyat vasitəsi çıxarılacaq.

Beləliklə, ümumilikdə 73 avtomobilin yeni sahibi müəyyən oluna bilər.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Seçilən
32
29
far.az

10Mənbələr