AZ

Növbəti hərracda 66 nəqliyyat vasitəsi satılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 2-si, 4-ü və 9-da hərraclar keçiriləcək. Hərraclara 66 nəqliyyat vasitəsi çıxarılıb.

Sentyabrın 2-də keçiriləcək hərraca 24 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir.

Sentyabrın 4-də keçiriləcək hərraca 29 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2013-2020-ci illəri əhatə edir.

Sentyabrın 9-da keçiriləcək hərraca 13 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1999-2007-ci illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Seçilən
19
14
vergiler.az

10Mənbələr