AZ

Sentyabrda 66 maşın hərraca çıxarılacaq

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 2-si, 4-ü və 9-da hərraclar keçiriləcək.

Ölkə.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraclara 66 nəqliyyat vasitəsi çıxarılacaq.

Məlumata əsasən, sentyabrın 2-də keçiriləcək hərraca 24 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir. Sentyabrın 4-də keçiriləcək hərraca 29 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2013-2020-ci illəri əhatə edir. Sentyabrın 9-da keçiriləcək hərraca isə 13 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1999-2007-ci illəri əhatə edir.

Hərraca çıxarılacaq dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
14
olke.az

10Mənbələr