AZ

Fransa nəhəngini “Sanderlend”ə dəyişir

Fransanın PSJ klubunun müdafiəçisi Nordi Mukyele karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı sağ cinah müdafiəçisinin “Sanderlend”ə transferini həm PSJ, həm də futbolçunun özü dəstəkləyir.

Transfermarkt portalı Mukyelenin bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir. Ötən mövsüm o, icarə əsasında Almaniyanın “Bayer” klubunda çıxış edib. 24 oyunda 6 sarı və 1 qırmızı vərəqə alan futbolçu, həmçinin 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Nordi Mukyele 2022-ci ildən PSJ-nin şərəfini qoruyur. O, daha əvvəl “Leyptsiq”, “Monpelye” və “Laval” klublarında çıxış edib.

Seçilən
36
30
90deqiqe.az

10Mənbələr