AZ

“Olimp Construction” şirkətinin nizamnamə kapitalı KƏSKİN AZALDI

Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.

“Olimp Construction” MMC nizamnamə kapitalının 19 milyon 975 min manat azaldıldığı barədə debitor və kreditorlarını xəbərdar edib.

Yenisabah.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 21 milyon 265 min manata düşüb.

Qeyd edək ki, “Olimp Construction” MMC 41 milyon 240 min manat nizamnamə kapitalına malik idi.  Dominos pizza

Cəmiyyətin kreditorlarının bir ay müddətində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

2016-cı ildə vergi uçotuna alınmış şirkətin direktoru Süleymanov Qəhrəman Fərman oğludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
yenisabah.az

5Mənbələr