AZ

“Olimp Construction” nizamnamə kapitalını 20 milyon manata yaxın azaldır

“Olimp Construction” MMC nizamnamə kapitalının 19 milyon 975 min manat azaldılaraq 21 milyon 265 min manat müəyyən edildiyi elan edir.

FED.az xəbər verir ki, şirkət debitor və kreditorlarını bu barədə xəbərdar edir.

Cəmiyyətin kreditorlarının bir ay müddətində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Şirkətin buna qədər nizamnamə kapitalı 41 milyon 240 min manat idi.

Xatırladaq ki, “Olimp Construction” MMC 2016-cı ildə yaradılıb, qanuni təmsilçisi Qəhrəman Süleymanovdur.

Seçilən
11
1
fed.az

5Mənbələr