“Olimp Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 19 975 000 manat azaldılaraq 21 265 000 manat müəyyən edildiyi elan edir.
Banker.az xəbər verir ki, şirkət debitor və kreditorlarını bu barədə xəbərdar edir.
Cəmiyyətin kreditorlarının bir ay müddətində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Buna qədər nizamnamə kapitalı 41 240 000 manat idi.
Xatırladaq ki, “Olimp Construction” MMC 2016-cı ildə yaradılıb, qanuni təmsilçisi Qəhrəman Süleymanovdur.