“Olimp Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 19 milyon 975 min manat azaldıb.
Marja.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 21 milyon 265 min manata düşüb.
Qeyd edək ki, “Olimp Construction” MMC 41 milyon 240 min manat nizamnamə kapitalına malik idi.
Cəmiyyətin kreditorlarının bir ay müddətində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
2016-cı ildə vergi uçotuna alınmış şirkətin direktoru Süleymanov Qəhrəman Fərman oğludur.