AZ

Donnarumma "Mançester Siti" ilə anlaşıb

PSJ-nin qapıçısı Canluici Donnarummanın "Mançester Siti"yə keçməsi halında qazanacağı məbləğ açıqlanıb.

90deqiqe.Az-ın "La Stampa"ya istinadən məlumatına görə, 26 yaşlı qapıçı İngiltərədə ildə 12 milyon avro maaş alacaq, buna əlavə olaraq müxtəlif bonuslar da nəzərdə tutulacaq.

İtaliyalı qolkiperin transferi "Mançester Siti"yə təxminən 35 milyon avroya başa gələ bilər.

Donnarumma 2021-ci ildən "PSJ"də çıxış edir. Lakin artıq məlumdur ki, o, növbəti mövsümdə fransız klubunda qalmayacaq. Bu müddət ərzində qapıçı "PSJ"də 161 oyuna çıxıb və 56 dəfə qapısını toxunulmaz saxlayıb.

Seçilən
39
9
90deqiqe.az

10Mənbələr