PSJ ilə müqaviləsi uzadılmayan qapıçı Cianluici Donnarumma daha bir klubun diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən məlumatına görə, “Real” da 26 yaşlı qolkiperi transfer etmək imkanlarını nəzərdən keçirir. Madrid klubu italyan qapıçı uzunmüddətli perspektivdə Tibo Kurtuanı əvəz edə biləcək olaraq düşünür. İspaniya nəhəngi də artıq oyunçunun agenti ilə əlaqə saxlayıb.
Transfermarkt portalına görə, Donnarummanın dəyəri 40 milyon avrodur. Qapıçı PSJ ilə əmək müqaviləsini uzada bilməyib.