AZ

Donnarumma Almaniya nəhənginə keçir?

 Fransanın PSJ-nin qapıçısı Canluici Donnarummanın karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, italyan qolkiperin xidmətində "Bavariya" maraqlıdır.Münhen klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb və ilkin danışıqlara başlayıb.

26 yaşlı qolkiperlə "Mançester Siti"nin də maraqlandığı bildirilir.

Transfermarkt portalının məlumatına görə, Canluicinin bazar dəyəri 40 milyon avro qiymətləndirilir. Qapıçı ilə PSJ arasındakı əmək müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatır. Ötən mövsüm qapıçı Liqa 1-də 24 oyun keçirib və 27 qol buraxıb.

Seçilən
36
9
90deqiqe.az

10Mənbələr