AZ

“Mançester Siti”də qapıçı mövqeyində dəyişiklik gözlənilir

“Mançester Siti” yeni mövsümə Ceyms Traffordu əsas qapıçı kimi başlamağı planlaşdırır.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, komandanın PSJ-nin qapıçısı Canluici Donnarummanı heyətinə qatmaq ehtimalı bu planı dəyişdirə bilər.

Əgər transfer gerçəkləşərsə, Trafford və Donnarumma mövsüm ərzində oyun vaxtını bölüşə bilərlər. İtaliyalı qolkiperin transferi isə əsasən “şəhərlilər”in uzunmüddətli qapıçısı Edersonun gələcəyindən asılıdır.

Braziliyalı qolkiperin xidmətində Türkiyənin “Qalatasaray” klubu maraqlıdır. İstanbul təmsilçisi də oyunçunun agenti ilə danışıqlar aparır.

Qeyd edək ki, Donnarummanın meneceri bir müddət əvvəl müştərisinin İngiltərə Premyer Liqasına keçidi üzərində çalışdığını açıqlamışdı. 25 yaşlı qapıçının Paris klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. “Transfermarkt” məlumatına görə, onun bazar dəyəri 40 milyon avrodur.

Seçilən
20
13
90deqiqe.az

10Mənbələr