Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya səbəb sürücünün ürək tutması olub.Metbuat.az APA-ya istinadən xəbər verir ki, sürücü Arif Bağırovun sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Qeyd edək ki, qəza nəticəsində ölənlərin 4-ü kişi, 3-ü qadındır:- 1992-ci il təvəllüdlü Şadət Bayramov,- 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,- 1977-ci il təvəllüdlü Aydın Pənahov,- 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,- 2008-ci il təvəllüdlü Kənan Məmmədov,- 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova- 1966-ci il təvəllüdlü Arif Bağırov.Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşıYaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.