Bakıdan Qazaxa hərəkət edən "Mercedes-Benz Sprinter” markalı sərnişin mikroavtobusu Şəmkirdə KAMAZ markalı yük avtomobilinin qoşqusuna arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər - Bakı sakini 1977-ci il təvəllüdlü Aydın Pənahov, Ağstafa sakinləri 1992-ci təvəllüdlü Şadət Bayramov, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva, 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov, 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova, 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itirib.
Ağstafa rayon sakinləri - 1995-ci il təvəllüdlü M.Qəribov, 2004-cü il təvəllüdlü N.Qəribova, 1969-cu il təvəllüdlü K.Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Ş.Pənahova, Gürcüstan vətəndaşı 1970-ci il təvəllüdlü B.Gözəlova xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, müvafiq araşdırmalar davam etdirilir.
Mətləb