AZ

7 nəfər öldü, xeyli sayda yaralı var Şəmkirdə ağır qəza

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazaxa hərəkət edən “Mercedes” markalı “Sprinter” sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib.

Ölənlərin 4-ü kişi, 3-ü qadındır:

- 1992-ci il təvəllüdlü Şadət Bayramov,

- 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,

- 1977-ci il təvəllüdlü Aydın Pənahov,

- 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,

- 2008-ci il təvəllüdlü Kənan Məmmədov,

- 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova

- 1966-ci il təvəllüdlü Arif Bağırov.Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:

- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini

- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini

- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini

- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini

- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşıYaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qəzanın səbəbləri dəqiqləşdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
9
yeniavaz.com

10Mənbələr