AZ

7 nəfər öldü, xeyli sayda yaralı var – Şəmkirdə ağır qəza


Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakıdan Qazaxa hərəkət edən “Mercedes” markalı “Sprinter” sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib.
Ölənlərin 4-ü kişi, 3-ü qadındır:
- 1992-ci il təvəllüdlü Şadət Bayramov,
- 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,
- 1977-ci il təvəllüdlü Aydın Pənahov,
- 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,
- 2008-ci il təvəllüdlü Kənan Məmmədov,
- 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova
- 1966-ci il təvəllüdlü Arif Bağırov.


Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:
- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini
- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı


Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıb.
Seçilən
18
4
yeniavaz.com

10Mənbələr