AZ

Türkmənistan Azərbaycandan ən çox qeyri-neft məhsulları alan 10-cu ölkədir

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Türkmənistan arasındaticarət əməliyyatlarının həcmi 140,2 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 93,4 milyon ABŞ dolları və ya 1,7 dəfə azdır.

Hesabat dövründə Türkmənistan ilə ticarət əməliyyatlarıAzərbaycanın ümumi ticarət dövriyyəsinin 0,57%-i həcmində olub.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Türkmənistana 30,3milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 17,6 milyon ABŞ dolları və ya 36,8% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında TürkmənistandanAzərbaycana 109,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 75,8 milyon ABŞ dolları vəya 40,8% azalma deməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzindəAzərbaycandan Türkmənistana 29,5 milyon ABŞ dolları dəyərindəqeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayıilə müqayisədə 18,2 milyon ABŞ dolları və ya 1,6 dəfə azdır.

Hesabat dövründə Türkmənistana qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracında 1,68% paya sahib olub. Bununla daTürkmənistan Azərbaycandan ən çox qeyri-neft məhsulları alanölkələr sırasında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb. Nəticədə, xariciticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illikmüqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Seçilən
23
3
az.trend.az

10Mənbələr