2025-ci ildə Rusiya Avropada hibrid hücumların və təxribatların sayını əhəmiyyətli dərəcədə azaldıb . Bunun səbəblərindən biri də təxribatçıların tam səriştəsizliyidir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq" agentliyi məlumat yayıb .
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun analitik mərkəzinin hesabatına görə, bu ilin yanvar-may ayları arasında Avropaya Rusiyanın 11 hibrid hücumu olub. 2024-cü ildə isə bu rəqəm 30-dan çox olub.
Adları açıqlanmayan Qərb rəsmilərinə görə, Rusiya ABŞ-ın yeni administrasiyasının ilk aylarında Avropaya hücumlarını dayandırmış ola bilər, çünki Rusiya Donald Trampla münasibətlərini dərhal korlamaq istəməyib.