Son 24 saat ərzində Kamçatkada silsilə seysmik aktivlik qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, avqustun 2-də Moskva vaxtı ilə saat 00:00-dan avqustun 2-də Moskva vaxtı ilə saat 23:00-dək Petropavlovsk-Kamçatski ərazisində 10 nəzərə çarpan zəlzələ baş verib və yeraltı təkanların ümumi sayı 65-i keçib.
Qeydə alınan ən güclü zəlzələlər 6,1 və 6,2 bal gücündə olub. Seysmoloqların fikrincə, belə aktivlik region üçün qeyri-adi haldır. Hazırda mütəxəssislər yarımadada seysmik vəziyyətin monitorinqini davam etdirirlər.