UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan" bu gün Yunanıstanda "Aris"in qonağıdır.
Offsideplus.az xəbər verir ki, cavab oyunu çərçivəsində keçiriləcək matç Bakı vaxtı ilə 22:15-də start götürəcək. İlk oyunda Elmar Baxşıyevin komandası 2:1 hesabı ilə qalib gəlib.
"Araz-Naxçıvan" "Aris" səddini keçərsə, növbəti rəqibi “Omoniya” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan) cütünün qalibi olacaq.
31 iyul
Konfrans Liqası, II təsnifat mərhələsi, cavab oyunu
22:15. “Aris” (Yunanıstan) - “Araz Naxçıvan” (Azərbaycan) 0:2 (Fasilə)
Qol: Çarls Boli, 11. Felipe Santos, 38.
Baş hakim: David Dikinson (Şotlandiya)
Saloniki. "Kleantis Vikelidis" stadionu
İlk oyun – 1:2
"Aris": 21. Maykiç, 4. Laysmann (k), 8. Monçu, 10. Rakiç, 18. Morutan, 24. Alvaro, 27. Fadi1a, 28. Dudu, 37. Mendil, 70. Gianniotas, 80. Loren Moron.
Ehtiyat oyunçular: 33. Atanasiadis, 91. Karaj, 9. Kadevere, 14. Brabeç, 15. A. Tejero, 17. Fridek, 41. Xarupas, 77. Panagidis, 97. F. Yensen, 99. Diandi
"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribeiro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarls Boli, 77. Bruno Aleksander
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İskəndərov, 16. Ramon Maçado, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqeş, 26. Ömər Buludov, 17. İssuf Paro