"Turan Tovuz" heyətini yeni transferlə gücləndirib.
Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Tacikistan millisinin qolkiperi Oleq Baklovun keçidini rəsmiləşdirib. 30 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq "Ufa"da çıxış etmiş 201 sm boya malik əlcək sahibi Rusiyada "Sızran-2003", "Krılya Sovetov", "Ural" və "KamAZ" klublarının da formasını geyinib.