AZ

Tacikistan millisinin qapıçısı "Turan Tovuz"da

"Turan Tovuz" klubu Tacikistan millisinin qapıçısı Oleq Baklovu transfer edib.
 
Moderator.az Tovuz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
 
Baklov son olaraq Rusiyanın "Ufa” komandasında çıxış edib. 201 sm boya malik əlcək sahibi “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib.
Seçilən
37
16
moderator.az

10Mənbələr