"Turan Tovuz" heyətini Tacikistan millisinin qapıçısı ilə gücləndirib.
"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Oleq Baklovla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq “UFA”da çıxış etmiş 201 sm boya malik 30 yaşlı əlcək sahibi Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib.
"Cebheinfo.az"