Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, bölgə təmsilçisi Oleq Baklovu rənglərinə bağlayıb.
Son olaraq UFA-da çıxış etmiş 201 sm boya malik əlcək sahibi Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib.
Tacikistan millisinin qapısını qoruyan 30 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.