İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonunun Hacıhətəmli kəndində qeydə alınıb. Arif Hüseynov idarə etdiyi minik avtomobil ilə yolu keçən piyada, 55 yaşlı Göyçək Vahidovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.